Daha bir təyyarə qəzası – 5 erməni ölüb (YENİLƏNİB)

Daha bir təyyarə qəzası – 5 erməni ölüb (YENİLƏNİB)
  04 Noyabr 2015    Oxunub:8594
Cənubi Sudanın Cuba aeroportuna yaxın ərazidə qəzaya uğrayan “An 42” tipli yük təyyarəsinin ekipaj üzvlərindən 5-i erməni, 1-i isə rus olub.
AzVision.az məlumatına görə, bu barədə Cənubi Sudan prezidentinin rəsmi nümayəndəsi bəyan edib.

Onun sözlərinə görə, qəzaya düşən təyyarənin göyərtəsində 12 sərnişin olub.
Artıq Ermənistan XİN-i faktla bağlı araşdırmalara başlayıb.

İlkin məlumatlara görə, aviaqəzada təxminən 40 nəfər həlak olub.

Qeyd edək ki, bu gün qəzaya uğrayan An-12 yük təyyarəsi "Allied Services Limited" aviaşirkətinə məxsus olub.

14:38

AzVision.az xəbər verir ki, bu barədə yerli KİV- xəbər verir ki, “An-12” tipli təyyarə Cənubi Sudanın “Allied Services” aviaşirkətinə məxsus olub.

Qeyd edək ki, təyyarənin göyərtəsində olan şəxslərdən yalnız üç nəfər sağ qalıb ki, onlardan biri də uşaqdır.

12:54

“AirLive” nəşrinin məlumatına görə, Rusiyaya məxsus “An-12” tipli təyyarə qəzaya uğrayıb.

Yük maşını Cuba hava limanından 800 metr hündürlüyə qalxdıqdan sonra yerə çırpılıb.

12:08

Cənubi Sudanın paytaxtı Cubada göyərtəsində 12 sərnişin olan təyyarə qəzaya uğrayıb.

AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, təyyarədə olan beş ekipaj üzvünün hamısı Rusiya vətəndaşlarıdır.

“Bu gün qəzaya uğrayan təyyarədə Rusiyadan olan beş ekipaj üzvü və 7 sərnişin olub. Onlardan yalnız ikisi sağ qalıb. Onlardan biri də uşaqdır”, - deyə “South Sudan Tribune” qəzeti öz “Twritter” sosial şəbəkəsindəki hesabında yazıb.

Qeyd edək ki, oktyabrın 31-i Rusiya aviaşirkətinə məxsus təyyarə Şarm-əl-Şeyx –Sankt Peterburq reysi üzrə hərəkət edən təyyarə qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 17-si uşaq olmaqla 217 sərnişin və 7 heyət üzvü olub. Onların hamısı qəzada həlak olub.

Qəza ilə əlaqədar noyabrın 1-i Rusiyada matəm günü elan olunub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti