Dünya su altında qalacaq: NASA-dan qorxulu proqnoz

Dünya su altında qalacaq: NASA-dan qorxulu proqnoz
  04 Noyabr 2015    Oxunub:7318
Bir qrup NASA alimi yeni araşdırmalar apararaq Yer kürəsinin su altında qalacağı tarixi müəyyən ediblər.
AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, alimlər bunun buzlaqların əriməsi ilə əlaqələndiriblər

Onların fikrincə, buzlaqlar olduqca yüksək sürətlə əriyir və yaxın vaxtlarda bu proses kritik həddə çata bilər.

Əldə olunan məlumatlara görə, yer üzü 60 il sonra tamamilə su altında qala bilər. Dəniz səviyyəsi o qədər yüksələcək ki, sahilyanı ərazilərdə olan böyük şəhərlərin əksəriyyəti sular altında qalacaq.

Qeyd edək ki, yer kürəsinin su altında qalması modelini öyrənən polyak alimlər Tokio, London, Amsterdam, Sinqapur, Kopenhagen, həmçinin Maldiv adlarının ilk olaraq su altında qalacağını bildirmişdilər. Əgər hesablamalara inansaq proses nəticəsində 30 milyon insan həlak olacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti