Baş nazir istefa verdi - Gecə klubuna görə

Baş nazir istefa verdi - Gecə klubuna görə
  04 Noyabr 2015    Oxunub:4780
Rumıniyanın Baş naziri Viktor Ponta bu gün keçirdiyi mətbuat konfransında istefa verəcəyini bəyan edib.
Bu barədə AzVision.az “TASS”-a istinadən xəbər verir.

Baş nazirin istefası Buxarestin “Kolektiv” klubunda bir çox insanın ölümü və xəsarət alması ilə nəticələnmiş yanğından sonra 15 min vətəndaşın Buxarestin mərkəzi küçələrində etiraz aksiyası keçirməsi ilə bağlıdır.

Etirazçılar Baş nazir Viktor Pontanın, onun müavini Qabriel Opreanın, gecə klubunun yerləşdiyi 4-cü sektorun icra başçısı Cristian Piedonenin istefasını tələb ediblər.

Ponta yeni hökumət formalaşana qədər vəzifəsini icra edəcəyini qeyd edib.

Xatırladaq ki, oktyabrın 30-u Rumıniyanın paytaxtı Buxarest şəhərində gecə klubunda baş verən yanğın zamanı ölənlərin sayı 31-ə çatıb. Ölənlərin sayının artacağı istisna edilmir. Çünki hadisə nəticəsində 146 nəfər ağır yanıq xəsarətləri alıb. Onların içində 25 nəfərin vəziyyəti daha ağırdır. İlkin məlumatlara görə, partlayışa və yanğına atəşfəşanlıq səbəb olub. “Kolektiv” klubunun sahibləri həbs olunub. Hadisə ilə bağlı İstintaq davam edir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti