Almaniyada daha bir partiya nasizmə meyillənir
Bütün bunlara münasibət bildirən Almaniyanın vitse-kansleri Zigmar Qabriyel “Alternativ Almaniya” partiyasını “Almaniya Nasional Sosialist Fəhlə Partiyası”nın (NSDAP) siyasi və millətçi məramlarına xidmət etməkdə, eləcə də radikal sağçılıqda günahlandırıb.
“Stern” nəşri yazır ki, “Alternativ Almaniya” partiyasının tanınmış nümayəndəsi Byörn Hökerin xüsusi olaraq “Nasional Sosilaistlər”ə aşırı simpatiya bəsləməsi ilə seçilməkdədir.
Almaniyalı linqvistlər qeyd edirlər ki, “Alternativ Almaniya” partiyasının digər simaları Frauke Petri və Yörn Moythen də açıq formada öz nitqlərində iqri mahiyyət daşıyan jarqon və ifadələrdən istifadə edirlər.
Almaniyanın Ədliyyə naziri da fakta münasibət bildirək “Alternativ Almaniya” partiyasını ölkə daxilində ekstimist, dini, iqri və radikalizmini alovlandırmaqda ittiham edib.
Fərrux Həsənov
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


