Avropaya 750 min qaçqın gəlib - BMT
Ali komissarın sözlərinə görə, Avropa ölkələri axtarış-xilasetmə əməliyyatlarının effektivliyini artırmaq üçün daha çox səy göstərməlidir. “Təkcə keçən həftə Yunanıstan sahilləri yaxınlığında 150 nəfərin, o cümlədən onlarla uşağın həyatını itirdiyi və itkin düşdüyü 13 gəmi qəzası baş verib”, - deyə Quterreş bildirib.
BMT nümayəndəsi ölkələri insanların məskunlaşmasına mane olmamağa çağıraraq deyib: “Bu səbəbdən hazırda yüz minlərlə insan çıxılmaz vəziyyətdədir və öz həyatlarını milyardlar qazanan qaçaqmalçılara həvalə etmək məcburiyyətində qalıb”.
BMT-nin məlumatına əsasən, hazırda münaqişələr və təqiblər nəticəsində dünyada 60 milyon insan öz evlərini tərk etmək məcburiyyətində qalıb. Təkcə son beş ildə belə insanların gündəlik sayı dörd dəfə artaraq keçən il 42,5 min nəfərə çatıb. Halbuki, 2010-cu ildə bu göstərici 11 min nəfər idi.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


