Sarkisyan 900 milyon dollar borc alır

Sarkisyan 900 milyon dollar borc alır
  05 Noyabr 2015    Oxunub:2344
Ermənistan Avrasiya İnkişaf Bankından (AİB) 300 milyon ABŞ dolları məbləğində kredit götürmək niyyətindədir.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, kreditin götürülməsi ilə bağlı məsələ hökumətin bugünkü iclasında müzakirə ediləcək. Kredit hər biri 100 milyon dollar olmaqla 3 tranş, illik 2,1%-lə ayrılacaq.

İlk 10 il güzəştli müddət hesab olunur, yəni Ermənistan rəhbərliyi yalnız götürdüyü məbləğin faizlərini qaytaracaq. Məbləğin özünün geri qaytarılmasına isə ikinci onillikdə başlanılacaq.

Hökumət tərəfindən yayılan məlumatda götürülən kreditin əsasən enerji sektorunda mailliyə sabitliyi, həmçinin dövlət pullarının idarə olunmasında effektivliyin artırılması, biznes mühitinin yaxşılaşdırılmasına xərclənəcəyi bildirilir.

Qeyd edək ki, cari ildə Ermənistan hökuməti müxtəlif kredit strukturlarından 900 milyon dollar dəyərində kredit götürmək niyyətindədir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti