Azərbaycandan Sankt-Peterburqa etiraz məktubu

Azərbaycandan Sankt-Peterburqa etiraz məktubu
  05 Noyabr 2015    Oxunub:1569
Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğu Sankt-Peterburqun "İmperial" şapito-sirkinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionunda noyabrın 6-15-nə planlaşdırılan qastrolları ilə bağlı məlumatlara görə, şəhərin administrasiyasına etiraz məktubu göndərib.

Bu barədə Baş Konsulluqdan AzVision.az -a daxil olan məlumatda bildirilir.

“Bu faktı müzakirə etmək üçün Sankt Peterburq Administrasiyasının, Sankt Peterburqun mədəniyyət üzrə Komitəsinin və Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Sankt - Peterburqdakı nümayəndəliklərinin rəsmi nümayəndələri ilə görüşlərin keçirilməsi planlaşdırılır”, -deyə Konsulluğun yaydığı məlumatda bildirilir.

Sankt-Peterburqun "İmperial" şapito-sirkinin 2005-ci ildə kommersiya müəssisəsidir. Bu sirki əsasən hələ 1877-ci ilin dekabrında Böyük Sankt-Peterburq Dövlət Sirkinin tərkibində yaradılan şapito-sirki ilə səhv salınır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti