Türkiyədə 56 kq heroin tutuldu

Türkiyədə 56 kq heroin tutuldu
  05 Noyabr 2015    Oxunub:1417
Türkiyə hüquq-mühafizə orqanları əməkdaşları 56 kiloqram həcmində heroini müsadirə edib.
AzVision.az xəbər verir ki, 56 kiloluq heroinin Vandan İstanbula aparılması nəzərdə tutulub. Lakin polis herion alverçilərinin bütün planlarını alt-üst edib. Belə ki, sərnişin avtobusunda olan partiya Kocaeli vilyətindən keçərkən polislər tərəfindən ələ keçirilib.

Müsadirə olunan məhsulun dəyəri təxmin 8 milyon avrodur. Faktla bağlı beş nəfər şübhəli şəxs qismində saxlanılıb.

Araşdırma aparılır.


Teqlər:  



Xəbər lenti