Azərbaycandakı seçkiləri alqışlayırıq - Rusiya XİN

Azərbaycandakı seçkiləri alqışlayırıq - Rusiya XİN
  05 Noyabr 2015    Oxunub:1819
Rusiya dost Azərbaycanda parlament seçkilərinin uğurla keçirilməsini alqışlayır.
AzVision.az “TASS”-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Rəsmi nümayəndənin sözlərinə görə, MDB müşahidəçiləri, Rusiya Federasiyası Federal Yığıncağı, MSK seçkilərin keçirilməsini yüksək qiymətləndirib, qanun pozuntusu olmadığını vurğulayıb.

"Azərbaycanda parlament seçkiləri hökumət institutları və vətəndaş cəmiyyətinin inkişafı məsələsində yeni mühüm addım oldu", - Rusiya XİN-in rəsmi nümayəndəsi bildirib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti