Almaniya DİN-in sensasiyalı etirafı

Almaniya DİN-in sensasiyalı etirafı
  05 Noyabr 2015    Oxunub:2061
Müharibədən sonrakı dövrdə Qərbi və Şərqi Almaniyanın daxili işlər nazirliklərində işləyənlər arasında Alman Nasional-Sosialist Fəhlə Partiyasının (NSDAP) keçmiş üzvlərinin sayı əvvəl güman ediləndən xeyli çox olub. Münxendəki Ən Yeni Tarix İnstitutunun (İFZ) saytında verilən məlumata görə, bu həftə AFR Daxili İşlər Nazirliyində ictimaiyyətə təqdim edilmiş ilkin elmi araşdırmanın nəticələri buna dəlalət edir.

Yeni elmi məlumatlara görə, müəyyən dövrdə Bonnda Qərbi Almaniya DİN əməkdaşları arasında keçmiş nasistlərin sayı 54 faizə, Şərqi Berlindəki analoji müəssisədə isə sabiq NSDAP üzvlərinin sayı 14 faizə çatırdı. Bu rəqəmlər ADR-in daxili statistikasında göstərilən məlumatlardan xeyli çoxdur. Müvafiq araşdırma AFR daxili işlər naziri Tomas de Mezyerin təşəbbüsü ilə İFZ və Potsdamdakı Tarixi Tədqiqatlar Mərkəzi tərəfindən 11 ay ərzində aparılıb. (Azərtac)


Teqlər:





Xəbər lenti