Dünyanın ən böyük kino marketi

Dünyanın ən böyük kino marketi
  05 Noyabr 2015    Oxunub:1357
Dünya kinematoqrafının ən böyük işgüzar forumlarından biri – Amerika kino marketi (American Film Market) ABŞ-ın Los-Anceles dairəsinin Santa-Monika şəhərində fəaliyyətə başlayıb. Noyabrın 11-dək davam edəcək foruma dünyanın 70 ölkəsindən kino biznes və kinematoqrafiyanın müxtəlif sahələrini təmsil edən 8 mindən çox insan qatılacaq.

AzVision.az Azərtac-a istinadla xəbər verir ki, kinoforumun rəsmi nümayəndəsi bu il kino marketdə 80 filmin dünya premyerasının keçiriləcəyini, daha 324 kinofilmin isə ilk dəfə mütəxəssislər dairəsində nümayiş olunacağını bildirib. Ümumilikdə isə Amerika kino bazarının fəaliyyəti çərçivəsində müxtəlif janrlara aid 450-dən çox film göstəriləcək.

Ötən əsrin 70-ci illərinin sonlarında təsis edilən Amerika kino marketi 35-ci dəfədir keçirilir və özündə 23 ölkədən çoxsaylı kinokompaniyanı birləşdirən Müstəqil Kino və Televiziya Alyansı (IFTA) tərəfindən təşkil olunur.


Teqlər:





Xəbər lenti