Putin Elton Condan üzr istəyib

Putin Elton Condan üzr istəyib
  06 Noyabr 2015    Oxunub:2822
Britaniyanın məşhur pop ulduzu Elton Con Rusiya prezidentilə görüşəcəyini və həmin görüşdə LGBT icması hüquqlarının qorunması problemini müzakirə edəcəyini bildirib.
Pop ulduzun təbirincə o, Putinlə onun bu məsələyə "cəfəng" münasibətini müzakirə etmək istəyir.

Bundan əvvəl Elton Cohn özlərini Putinlə onun sözçüsü Peskov kimi qələmə vermiş iki nəfərin telefon zarafatının qurbanı olmuşdu.

Britaniyalı pop-ulduz inanmışdı kı, ona həqiqətən də Putinin özü zəng edib. Lakin bu dəfə gerçəkdən Rusiya prezidentinin özü şəxsən ona zəng edib.

BBC4 radiosuna danışan Elton John deyib ki, Putin onunla nəzakətlə və səmimi danışaraq, zarafat edənlərin əvəzindən üzr istəyib: "Mənim vaxt imkanım onun cədvəlilə üst-üstə düşən kimi Moskvaya yollanıb görüşmək fikrim var".


Teqlər:  





Xəbər lenti