Lukaşenko 5-ci dəfə and içir

Lukaşenko 5-ci dəfə and içir
  06 Noyabr 2015    Oxunub:2151
Bu gün Belarus prezidenti Aleksandr Lukaşenkonun inaqurasiya mərasimi keçiriləcək.
AzVision.az “Belta” nəşrinə istinadən xəbər verir ki, mərasim Müstəqillik Sarayında baş tutacaq.

Qeyd edək ki, Müstəqillik Sarayında ilk dəfə inaqurasiya mərasimi
keçiriləcək.

Xatırladıq ki, Aleksandr Lukaşenko oktyabrın 11-i keçirilən seçkilərdə seçicilərin 83,49 faiz səsini qazanaraq yenidən Belarusun Prezidenti seçilib. Seçkilərdə seçicilərin 81,77 faizi səsvermədə iştirak edib. Respublika ərazisində 6100 seçki məntəqəsi fəaliyyət göstərib. Respublikadan kənarda yaşayan Belarus vətəndaşları üçün isə 49 seçki məntəqəsi yaradılıb.

Lukaşenko seçkidə qalib gəlməklə beşinci dəfə Belarus prezidenti olacaq.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti