Deputatın mafioz dəstəsi həbs edildi - 500 milyonluq cinayət

Deputatın mafioz dəstəsi həbs edildi - 500 milyonluq cinayət
  06 Noyabr 2015    Oxunub:4607
Rusiyada 500 milyon rubl oğurlayan cinayətkar dəstə yaxalanıb.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, dəstənin rəhbəri Dağıstandan olan deputatdır.

Məlumata əsasən dəstənin üzvləri Dağıstan Milli Məclisinin deputatı Eduard Xıdırov və daha 6 yerli sakin olub.

İstintaq işinə görə, cinayətkar dəstə Xıdırov tərəfindən 2010-cu ildə yaradılıb və o, bu dəstəyə beş il rəhbərlik edib. Qruplaşma əsasən iqtisadi cinayətlər törədirmiş.

2011-ci ilin dekabrında cinayətkar dəstə “Naftabank”a basqın edib və oradan 300 milyon rubl dəyərində bankın aktivləri və əmanətçilərin vəsaitləri oğurlanıb.

Banka verilən lisenziyanın geri alınmasından sonra qruplaşma “Əmanətlərin sığortalanması Agentliyindən” 200 milyon rubldan çox vəsait oğurlayıb.

Hazırda Dağıstan Milli Məclisinin deputatı Eduard Xıdırov və daha 6yerli sakinə qarşı cinayət işi qaldırılıb. Rusiya polisi faktla bağlı araşdırmalara başlayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti