Martin Şults ilk dəfə İrana səfər edəcək

Martin Şults ilk dəfə İrana səfər edəcək
  06 Noyabr 2015    Oxunub:1493
Avropa Parlamentinin (AP) prezidenti Martin Şults ilk dəfə İran İslam Respublikasına səfər edəcək.
AzVision.az xəbər verir ki, bu barədə AP mətbuat xidməti xəbər yayıb.

Məlumata əsasən Tehranda iranlı həmkarları ilə ikitərəfli əlaqələrin intensivləşdirilməsi məsələsini müzakirə edəcək.
Şultsun İran prezidenti Həsən Ruhani, xarici işlər naziri Məhəmməd Cavad Zərif və digər rəsmilərlə görüşəcəyi planlaşdırılır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti