Azərbaycanlıların qatili təyyarə qəzasında öldü

Azərbaycanlıların qatili təyyarə qəzasında öldü
  06 Noyabr 2015    Oxunub:6392
Cənubi Sudanda qəzaya uğrayan “AN-12” tipli təyyarənin ekipajının komandiri Qevorq Tovmasyan Azərbaycanın torpaqlarının işğal edilməsi zamanı ermənilərə kömək edirmiş.
AzVision.az “News.am”-a istinadən xəbər verir ki, o uzun müddət hərbi pilot kimi işləyib.

Qarabağ müharibəsi zamanı o, helikopterlər yaralıları daşıyıb, döyüş meydanına dərman preparatları aparırıb.

Qevorq, həmçinin Əfqanıstan müharibəsində də iştirak edib

Qeyd edək ki, noyabrın 4-ü Cənubi Sudanın Cuba aeroportuna yaxın ərazidə qəzaya uğrayan “An 12” tipli yük təyyarəsinin ekipaj üzvlərindən 5-i erməni, 1-i isə rus olub. Ümumilikdə qəza baş verən zaman təyyarənin göyərtəsində 17 nəfər olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti