Ölü sayı 29-a çatdı

Ölü sayı 29-a çatdı
  07 Noyabr 2015    Oxunub:1635
Pakistanın Laxor şəhərindəki çanta fabrikinin dördmərtəbəli binasının damının uçması nəticəsində həlak olanları sayı 29 nəfərə çatıb.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə zamanı yaralanan 110 insan isə xəstəxanada müalicə olunur. Onların əksəriyyətinin vəziyyəti ağırdır.

Hadisə zamanı 25 nəfər itkin düşüb. Xilasedicilər onların tapılması istiqamətində iş aparır.

Qeyd edək ki, hadisə zamanı binada 150 nəfər olub. Binanın bu yaxınlarda Pakistanda baş verən güclü zəlzələ nəticəsində zədələndiyi bildirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti