Kral Antlayada 18 milyon xərcələyəcək

Kral Antlayada 18 milyon xərcələyəcək
  07 Noyabr 2015    Oxunub:2385
Səudiyyə Ərəbistanının kralı Salman Antalyada keçiriləcək G-20 sammiti ərzində “Mardan Palace” otelində qalacağı 18 günə 18 milyon dollar xərcələyəcək.
AzVision.az “Milliyət”ə istinadən xəbər verir ki, kralı müşayət edəcək 1000 nəfərlik nümayəndə heyəti də bu oteldə qalacaq.

Ərəblər üçün otelin 546 nömrəsi hazırlanıb. Kralın özü isə gecəsi 15 min avro olan “Royal Suit Villa”da qalacaq. Dünyanın ən lüks otellərindən olan bu məkanda otaqlarda şərait kralın vərdişlərinə və istifadəsinə uyğun olaraq dəyişdiriləcək.

Qeyd edək ki, azərbaycanlı milyarder Telman İsmayılov artıq “Mardan Palace” otelini satıb. Milyard dollarlıq otelin yeni sahibi Halk Bankdır. 719 milyon lirəya (təqribən 257 milyon dollar) satışa çıxarılan otel üçün bank yarı qiyməti - 360 milyon 50 min lirə (129 milyon dollar) ödəniş edib.


Teqlər:  





Xəbər lenti