Məşhur türk müğənnisinə silahlı hücum

Məşhur türk müğənnisinə silahlı hücum
  07 Noyabr 2015    Oxunub:3521
Türkiyənin məşhur müğənnisi Berkayın avtomobilinə silahlı hücum olub.
AzVision.az -ın sözü gedən ölkənin mətbuatına istinadən verdiyi məlumata görə, gecə saatlarında müğənninin idarə etdiyi avtomobilə naməlum şəxslər tərəfindən 6 dəfə atəş açılıb.

Avtomobili idarə edən müğənninin xəsarət almadığı bildirilir. Berkay hadisədən dərhal sonra yaxınlıqdakı polis idarəsində ifadə verib və təqsirkarların həbs edilməsini tələb edib.

Müğənninin produseri Özür Aras da faktı təsdiqləyib və bildirib ki, hadisə ilə bağlı polis orqanları tərəfindən araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti