`Atam içki düşgünü idi` - Ronaldo

`Atam içki düşgünü idi` - Ronaldo
  07 Noyabr 2015    Oxunub:3080
“Real Madrid” futbol klubunun ulduz futbolçusu Kristianu Ronaldo ailəsi ilə bağlı sensassion etiraflar edib.
AzVision.az-ın məlumatına görə, məşhur futbolçu həyatının lentə alındığı sənədli filmdə öz ailəsi barədə danışıb.

O, qeyd edib ki, atası içki düşgünü olub: “Atam həmişə içib sərxoş olardı. Məhz buna görə də atamla mənim münasibətlərim soyuq oldu. Atamı sərxoş gördüyüm hər an anama qarşı olan məhəbbətim daha da artırdı”.

Ronalda həmçinin oğlu balaca Cuniora anasının kim olmasını nə vaxt açıqlayacağını da deyib: “Zamanı gələndə ona hər şeyi danışacam. İndi uşaqların əksəriyyəti yetim böyüyür. Hələ ki, oğluma atası bəs edər”.


Teqlər:  





Xəbər lenti