ABŞ Rusiya ilə müharibə istəmir - Pentaqon

ABŞ Rusiya ilə müharibə istəmir - Pentaqon
  08 Noyabr 2015    Oxunub:1865
“ABŞ Rusiya ilə müharibə istəmir, nə “soyuq”, nə də “isti”. Lakin biz özümüz və müttəfiqlərimizin maraqlarını müdafiə etməkdə davam edəcəyik”.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu Pentaqonun rəhbəri Eşton Karter bəyan edib.

Onun sözlərinə görə, rəsmi Moskva Avropada münaqişələrə rəvac verir: “Ukrayna və Gürcüstanın suverenliyi pozulub, Baltikyanı ölkələr hədələnir. Suriyada isə Rusiya vətəndaş müharibəsinin oduna yağ tökür”. Bununla belə E.Karter Rusiyanın Suriya münaqişəsində konstruktiv rol oynayacağını da istisna etməyib.


Teqlər:





Xəbər lenti