Türkiyə yenə qarışdı - ölən var (VİDEO)

Türkiyə yenə qarışdı - ölən var (VİDEO)
  08 Noyabr 2015    Oxunub:2475
Türkiyənin Diyarbəkir vilayətinin Sur rayonunda təhlükəsizlik qüvvələri ilə PKK-nın “Yurtsevər İnqilabçı Gənclik” hərəkatının qruplaşması arasında baş vermiş toqquşmalarda 1 nəfər həlak olub, 1 polis zabiti isə yaralanıb.

İğtişaşların Yenişəhər rayonuna da yayılması ilə əlaqədar təhlükəsizlik qüvvələri bir sıra yerlərdə giriş-çıxışı bağlayıb. İğtişaş törədənlərin saxlanılması üçün evlərdə reydlər təşkil olunub. Polisin keçirdiyi əməliyyatlara helikopterlər havadan dəstək olub.

Artıq iki gün davam edən toqquşmalarla əlaqədar yerli iş adamları ticarət obyektlərini, dükanlarını bağlamaq məcburiyyətində qalıb.

İstanbulda isə Gaziosmanpaşa adlandırılan yerdə naməlum şəxlər polis maşınına silahlı hücum edərək iki zabiti yaralayıb. İnsident gecə saatlarında polisin şübhəli maşını saxlamağa çalışan zaman baş verib. Xəstəxanaya çatdırılan polis zabitlərinin ayağ nayihəsindən güllə yarası aldığı deyilir.

Hadisədən sonra cinayət yerinə xeyli sayda polis və təcili tibbi yardım əməkdaşları axışıb. Zabitlərin yerləşdiyi xəstəxana önündə gücləndirilmiş təhlükəsizlik tədbirləri həyata keçirilib. (Ans)





Teqlər:  





Xəbər lenti