Bağdan 600 milyon pul tapdı...

Bağdan 600 milyon pul tapdı...
  10 Noyabr 2015    Oxunub:11353
Kolumbiya vətəndaşı bağında işləyərkən həyətindən külli miqdarda pul tapıb.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, Joze Mariena Kartolos adlı bağban Kolumbiyanın məşhur narkobaronun itmiş sərvətini tapıb. Belə ki, bağban gül əkmək üçün qazdığı yerdən 600 milyon dollar pul tapıb.

Məlumata görə, tapılan pul məşhur narkobaron Pablo Eskobara məxsus olub.

Qeyd edək ki, Madellin bölgəsində narkotik alveri ilə məşhur olan Eskobar 1975-ci ildə bölgənin ən böyük narkobaronu öldürərək liderliyə yüksəlib.

1989-ci ildə Eskobar `Forbes` jurnalının ən zənginləri siyahısında 7-ci yeri tutub.

Qeyri-qanuni işlərini davam etdirən Eskobar 1993-cü ildə öldürülüb.


Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti