Davudoğlu Azərbaycana gəlir

Davudoğlu Azərbaycana gəlir
  10 Noyabr 2015    Oxunub:1857
Türkiyə baş naziri Əhməd Davudoğlu yeni hökumətin formalaşdırılmasından sonra Azərbaycana gələcək.
Bu barədə AzVision.az Türkiyənin “Bugün” qəzetinə istinadən xəbər verir.

Bu Davudoğlunun Türkiyə hökumətini formalaşdırmasından sonra xaricə edəcəyi ilk səfər olacaq.

Yeni Türkiyə hökuməti bu ayın sonuna qədər formalaşdırılmalıdır.

Davudoğlunun ilk olaraq Şimali Kiprə, daha sonra isə Azərbaycana səfər edəcəyi gözlənilir.

Qeyd edək ki, Türkiyədə noyabrın 1-i keçirilən növbədənkənar parlament seçkiləri zamanı AKP seçicilərin 49,4 faizinin səsini toplayaraq qalib gəlib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:





Xəbər lenti