Milyarder özünü pəncərədən atıb öldürdü

Milyarder özünü pəncərədən atıb öldürdü
  10 Noyabr 2015    Oxunub:5499
Böyük Britaniyalı milyarder Anqad Pol Londonun mərkəzində özünü pəncərədən ataraq intihar edib.
Bu barədə AzVision.az “The Telegraph”a istinadən xəbər verir.

Nəşr qeyd edir ki, Polun bu addımı atmasına səbəb ona məxsus olan “Caparo Industries” şirkətində yaşanan maliyyə problemləri ola bilər. Onun şirkəti müflisləşmə ilə əlaqədar inzibati idarəetməyə verilmişdi.

Polis bəyan edib ki, onlar iş adamının qətlə yetirilməsi ilə bağlı versiyanı nəzərdən keçirmirlər.

Anqad Pol kino həvəskarı olub və 12-dən artıq filmin prodüseri kimi çalışıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti