Almaniyada korrupsiya qalmaqalı – Prezident istefa verdi
AzVision.az xəbər verir ki, bu barədə “HNA” nəşri xəbər yayıb.
Daha əvvəl Frankuft Mayn Prokurorluğu vergi ödənişindən yayınmaqda şübhəli bilinən Nirsbax və onun DFB-dəki xələfi Teo Çvaçiqer haqqında araşdırmalara başlamışdı.
Xatırladaq ki, “Spiegel” jurnalı Almaniyanın 2006-cı ildə Dünya Çempionatı kubokunu pulla satın aldığını iddia etmişdi.
Nəşrin məlumatına görə, 2006-cı ildə Almaniyanın qazandığı dünya kuboku rüşvətlə satın alınıb. Frans Bekenbauer və “Adidas” firmasının eks-rəhbəri Louis Dreyfussun həmin dövrə aid olan birgə şəklini yayan Almaniya nəşri onu da yazır ki, 6,7 miliyon avro ianə qarşılığında “Adidas” şirkətinin rəsmiləri “FİFA”-nın Asiya üzrə idarəedici müavinlərindən 4 səs alıblar. Beləcə, 2000-ci ildə keçirilən səsvermə nəticəsində Almaniya 11 səs qazanıb.
Eldar Tanrıverdiyev
AzVision.az