Türkiyədə 509 suriyalı həbs edilib

Türkiyədə 509 suriyalı həbs edilib
  10 Noyabr 2015    Oxunub:1725
Ötən gün ərzində Suriyadan qanunsuz yolla Türkiyəyə keçmək istəyən 509 nəfər həbs edilib.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Quru Qoşunlarının Sərhəd xidməti yayıb. Məlumata əsasən təkcə bir gün ərzində ölkədən Suriyaya keçmək istəyən 12 nəfər həbs edilib. Onların üzərində aparılan yoxlama zamanı 297 qram narkotik vasitə aşkarlanıb.

Eyni zamanda İraqdan Türkiyəyə keçmək istəyən 8 nəfər, Yunanıstana getmək istəyən 113 nəfər, Türkiyədən Bolqarıstana keçmək istəyən 95 nəfər həbs edilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti