Ronaldonun 3 dəqiqəlik selfi rekordu

Ronaldonun 3 dəqiqəlik selfi rekordu
  10 Noyabr 2015    Oxunub:1536
Madridin “Real” klubunun hücumçusu Kriştiano Ronaldo yeni bir rekorda imza atıb.

Futbolçu özü haqqında çəkilən filmin Londonda nümayişi zamanı azarkeşlərin böyük marağı ilə qarşılaşıb və üç dəqiqə ərzində çəkdirdiyi selfilərin sayına görə rekorda imza atıb. Ulduz oyunçu ilə xatirə şəkli çəkdirənlərdən ibarət uzun növbə yaranıb.

AZƏRTAC “Bleacher Report UK” portalına istinadla xəbər verir ki, portuqalıyalı futbolçuya həsr olunan “Ronaldo” sənədli filmin təqdimatında iştirak edən qonaqlar arasında Karlo Ançelotti, Joze Maurinyo, Ser Aleks Ferqyuson, Radamel Falkao, HarRi Nevill və Lui Saa kimi məşhur şəxslər də yer alıblar.


Teqlər:  





Xəbər lenti