Almaniyanın keçmiş kansleri vəfat etdi

Almaniyanın keçmiş kansleri vəfat etdi
  11 Noyabr 2015    Oxunub:1665
Almaniyanın keçmiş kansleri Helmut Şmidt dünyasını dəyişib.
Səhhəti son günlərdə xeyli pisləşən keçmiş kansler hətta danışıq qabiliyyətini itirmişdi.

H.Şmidtin şəxsi həkiminin sözlərinə görə, 96 yaşlı sabiq kanslerə sağ ayaq damarlarının kəskin tixanması diaqnozu qoyulmuşdu və laxtalanma damarların əksər hissəsini əhatə edirdi.

Xatırladaq ki, Almaniya Sosial Demokrat Partiyasının tanınmış simalarından olan H.Şmidt 1974-cü ildən 1982-ci ilədək Almaniya Federativ Respublikasının beşinci kansleri olub. Buna qədər isə müxtəlif vaxtlarda federal müdafiə naziri, iqtisadiyyat və maliyyə naziri postlarını tutub. O, publisist, filosof və dünya iqtisadiyyatının bilicilərindən biri kimi də məşhur idi.


Teqlər:  





Xəbər lenti