Universitet partladıldı: 22 ölü, 60 yaralı var

Universitet partladıldı: 22 ölü, 60 yaralı var
  11 Noyabr 2015    Oxunub:1813
Suriyanın Latakiya şəhərində universitetin qarşısında partlayıcı qurğunun partladılması nəticəsində 22 nəfər həlak olub.
Hadisə nəticəsində 60-dan çox insan yaralanıb.

Hadisə baş verən an ali məktəbdə dərslər bitib və tələbələr binadan çıxırmış.

Suriya televiziyasının məlumatına görə, hadisə üsyançı qruplaşmalardan birinin döyüşçüləri tərəfindən törədilib.

Xatırladaq ki, Latakiyada Suriya prezidenti Başar Əsədə yaxın olan ələvilərin böyük icması yaşayır. Bu region nisbətən təhlükəsiz hesab edilir və Latakiyada silahlı münaqişə son dərəcə nadir hallarda olur.




Teqlər:  





Xəbər lenti