Sarkisyan arvadını toya tək göndərdi, spiker də ona...

Sarkisyan arvadını toya tək göndərdi, spiker də ona...
  11 Noyabr 2015    Oxunub:41514
Ermənistanın paytaxtı İrəvanda hakimiyyət təmsilçilərinin iştirakı ilə təntənəli toy mərasimi keçirilib.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, noyabrın 7-də Miqrasiya Xidmətinin rəhbəri Qaqik Eqanyan oğlu Vaqeninin şərəfinə dəbdəbəli toy şənliyi təşkil edib.

Vaqe atasının tələbə yoldaşının qızı ilə ailə həyatı qurub. Gəlinin atası Rusiyada məşhur biznesmendir.

Nikah mərasimi Surb Zoravor kilsəsində keçilsə də, ziyafət Eqanyanın qardaşına məxsus olan “Ocaq” restoranında baş tutub.

Serj Sarkisyan özü getməsə də onun həyat yoldaşı Rita Sarkisyan mərasimdə iştirak edib



Diqqəti çəkən başqa məqam isə ziyafətdə baş nazir Ovik Abramyanın da iştirak etməməsi olub.

Ölkənin birinci şəxslərinin mərasimdə yoxluğunun yerini Ermənistan parlamentinin spikeri Halust Saakyan doldurmağa çalışıb. Mərasimdə çox şən görünün spiker, hətta Sarkisyanın həyat yoldaşını da rəqsə dəvət edib.

Toy iştirakçıları mərasimin olduqca dəbdəbəli tərzdə keçirildiyini qeyd edirlər.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti