Səudiyyə Ərəbistanı edam rekordu vurub

Səudiyyə Ərəbistanı edam rekordu vurub
  11 Noyabr 2015    Oxunub:1967
“Amnesty İnternational” təşkilatı Səudiyyə Ərəbistanını 2015-ci ildə icra olunan 151 edam faktına görə sərt tənqid edib.

Təşkilat açıqlamasında qeyd edib ki, kral Salman bin Əbdüləziz əl-Səudun rəhbərlik etdiyi Səudiyyə Ərəbistanındakı builki edam sayı son iki onillik ərzində ən yüksək göstəricidir.

Təşkilat bildirir ki, Səudiyyə Ərəbistanında ilk yüksək rəqəm 1995-ci ildə olub. O zaman 192 nəfər edam edilib.

Edam sayı 2014-cü ildə 90 olduğu halda, indi bu prosesdə 68% çoxalma nəzər çarpır.

Fərrux


Teqlər:





Xəbər lenti