Öcalanın qardaşı oğlu özünü öldürdü

Öcalanın qardaşı oğlu özünü öldürdü
  11 Noyabr 2015    Oxunub:1562
PKK-nın həbsdə olan lideri Abdullah Öcalanın Avstriyada yaşayan qardaşı oğlu Hüseyn Yıldırım intihar edib.
Yıldırımın cənazəsi dəfn edilmək üzrə Türkiyəyə göndərilib.

Qeyd edək ki, 8 ay əvvəl itkin düşən Hüseyn Yıldırımın tapılması üçün təhlükəsizlik güclərinə müraciət edilib. Aradan keçən müddətdə Yıldırım tapılmayıb. Bir neçə gün əvvəl Yıldırım ailəsinin oturduğu bölgə yaxınındakı bir anbarda gələn pis qoxular üzərinə edilən araşdırmada, Hüseyn Yıldırımın cəsədi tapılıb.

Aparılan araşdırmada iplə özünü asaraq intihar etdiyi müəyyən olunan Yıldırımın cəsədi ailəsinə təslim edilib.


Teqlər:





Xəbər lenti