ABŞ səfirliyi Bakıda işlənmiş maşınlar satır - 500 dollara

ABŞ səfirliyi Bakıda işlənmiş maşınlar satır - 500 dollara
  11 Noyabr 2015    Oxunub:21359
ABŞ-ın Azərbaycandakı səfirliyi Bakıda işlənmiş avtomobillərin satışı məqsədi ilə hərrac keçirəcək.
AzVision.az xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin sosial şəbəkədə yaydığı məlumata əsasən, hərrac noyabrın 13-də Məmmədşərif Həmidov küçəsi, 51 ünvanında keçiriləcək.

Avomobillərin baxışı həmin gün saat 9:00-dan 11:00-a qədər mümkündür. Alıcı mütləq şəxsiyyətini təsdiq edən şəkilli sənədi təqdim etməlidir. Alınan malların dəyəri dərhal ödənilməlidir. Avtomobillərin ilkin qiyməti 500 dollardır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti