Saakyanla bağlı ilginc fakt - Əsl adı Bahadur olan Bako

Saakyanla bağlı ilginc fakt - Əsl adı Bahadur olan Bako
  11 Noyabr 2015    Oxunub:17420
Qondarma Dağlıq Qarabağ Respublikasının “prezidenti” Bako Saakyan haqqında ilginc məlumatlar yayılıb.

Belə ki, erməni sosial şəbəkə iştirakçıları arasında yayılan xəbərə görə, Bako Saakyanın əsl adı Bahadurdur.

İrəvandan olan jurnalistlərdən birinin Bako Saakyanın oxuduğu Xankəndi 1 nömrəli orta məktəbində olarkən, onun orta məktəb qiymətləri ilə maraqlanması bu faktı ortaya çıxarıb. Məlum olub ki, Saakyanın 1966-1977-ci illər təhsil aldığı Xankəndi 1 nömrəli orta məktəbin 1976-1978-ci illər məzunları arasında adı yoxdur. Üzə çıxan ad isə tamamilə başqadır: Bahadur Sahak oğlu Sahakyan.



Jurnalistin çətinliklə öyrəndiyi məlumata görə, Saakyanın orta məktəbdəki ləqəbi “Bako” olubdur. Məhz illər sonra adını dəyişərək ləqəbini özünə ad kimi götürən Saakyanın tərçümeyi hal məlumatlarında anasının adı da gizli saxlanılır. Ana adını gizli saxlanılması və Bahadur adından imtina etməsi ana xəttinin azərbaycanlı olması ehtimalını gücləndirir.



Qeyd edək ki, Bahadur Saak oğlu Saakyan 1960-cı ildə Azərbaycanın Xankəndi şəhərındə anadan olub. 1966-1977-ci illər Xankəndi 1 nömrəli orta məktəbində oxuyub. Orta məktəbi bitirdikdən sonra, Sovet ordusunda xidmət edib. Hərbi xidmətdən illərindən sonra Xankəndində 9 nömrəli kambinatda mexanika mütəxəssisi işləyib. 1990-cı il hadisələri zamanı ordu sıralarına qayıdaraq, Dağlıq Qarabağın işğalında iştirak edib. Müxtəlif vaxtlarda “Dağlıq Qarabağın Daxili İşlər naziri”, “Dağlıq Qarabağın Təhlükəsizlik naziri” olub. 2007-ci ildən qondarma Dağlıq Qarabağ Respublikasının “prezident”idir.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  





Xəbər lenti