AST Telman heç kimlə görüşmək istəmir - VİDEO

AST Telman heç kimlə görüşmək istəmir - VİDEO
  12 Noyabr 2015    Oxunub:4532
Azərbaycan əsilli iş adamı Telman İsmayılovun İflas olması Rusiya banklarını və Rusiya hökumətini də ciddi narahat etməyə başlayıb. Bu gün Rusiya Dövlət Dumasında Telman İsmayılov məsələsi müzakirə olunub.
Deputatlar iqtisadi böhran yaşayan Rusiya pullarının xaricə daşımasının iqtisadiyyata zərər vura biləcəyini əsas gətirərək biznesmenlərin vəsaitlərinin xaricə çıxarılmasına ciddi məhdudiyyət qoymağa çalışır.

Müflis vəziyyətə düşən iş adamı Telman İsmayılovun məsələsi artıq təkcə Rus banklarını narahat etmir. Keçmiş milyarderin vəziyyəti bu gün Rusiya Dumasında müzakirəyə çıxarılıb.

Bəzi millət vəkilləri bundan sonra iş adamlarına pul vəsaitlərini xaricə çıxarmaqlarına qadağa qoyulması təklifilə çıxış edib.

Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski deyib ki, “Çerkizov”un keçmiş sahibi, Telman İsmayılov Moskvada qazandığı pulları Rusiyadan çıxardı, müflis oldu və özünün əsas aktivini türklərə az qala müftə verməli oldu: "Faktiki olaraq biz bütün bu yüz milyonlarla dolları qonşu ölkəyə verdik".

Rusiyanın “Bank Moskvı” və VTB bankları Moskva Arbitraj Məhkəməsinə müraciət edərək Telman İsmayılovun iflasa uğradığını elan etməsini tələb edib.

İflasa uğradığını hələ ki, qəbul etməyən Telman İsmayılovun Moskvadakı bütün daşınmaz əmlakına həbs qoyulub. Ancaq bu əmlakların ümümi dəyərinin Telman İsmayılovun Rus banlklarına olan borcuyla müqayisədə çox az olması isə Rusiyada ciddi narahatlığa səbəb olub.

VTB Bankı rəsmisinin verdiyi məlumata görə, hazırda İsmayılovun şirkətinin və zamin qismində durduğu şəxslərin banka 230 milyon dollar borcu var. Telman İsmayılovun özü ilə isə indi Moskvada hər hansı bir əlaqə qurmaq mümkün deyil.

Oliqarxın qohumları onun indi Türkiyədə olduğunu və heç kimlə də görüşmək istəmədiyini dedilər.

Önümüzdəki günlərdə isə Moskva Arbitraj Məhkəməsinin Telman İsmayılovla bağlı Rus bankalarının şikayətinə baxacağı gözlənilir. (Ans)




Teqlər:  





Xəbər lenti