Türkiyə Avropa İttifaqına üzv olmaqda israrlıdır

Türkiyə Avropa İttifaqına üzv olmaqda israrlıdır
  12 Noyabr 2015    Oxunub:1491
Rəsmi Ankara ölkənin Avropa İttifaqına üzv olması yolunda irəliləyiş əldə etmək üçün hər cür səy göstərməyə hazırdır.
Bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu Avropa Komissiyasının birinci vitse-prezidenti Frans Timmermansla görüşdə bəyan edib.

Danışıqlarda noyabrın 1-də Türkiyədə keçirilmiş parlament seçkiləri, Türkiyənin Avropa İttifaqına inteqrasiya prosesi, miqrant böhranı, readmisiya haqqında sazişin yerinə yetirilməsi diqqət mərkəzində olub.

Ə.Davudoğlu bildirib ki, Türkiyənin Avropa İttifaqına tam şəkildə inteqrasiyası yeni hökumətin ən əsas prioritetlərindəndir:

“Bu mənada biz Avropa İttifaqından zəruri addımların atılmasını gözləyirik. Türkiyə, öz növbəsində, Avropa İttifaqına üzv olmaq üçün səylərini əsirgəməyəcək”. (Apa)


Teqlər:





Xəbər lenti