Ermənistanda Qarabağ qorxusu – Nalbandyan sorğu-sual ediləcək
AzVision.az Ermənistanın “Jovohurd” qəzetinə istinadən xəbər verir ki, Qarabağın qaytarılmasından ciddi narahat olan erməni deputatlar xarici işlər naziri Edvard Nalbandyandan izahat tələb ediblər.
“Yayılan məlumatlara görə, Lavrovun səfərinin məqsədi Ermənistan hakimiyyəti ilə torpaqların Azərbaycana qaytarılmasını müzakirə etmək olub.
Təbi ki, bu cür məlumatlar Ermənistan parlamentində təmsil olunan deputatların narahatlığına səbəb olub və onlar hökumətdən, XİN rəhbəri Edvard Nalbandyanın Milli Məclisində bu məsələni izah etməsini tələb ediblər.
Bizdə olan məlumata görə, bu məqsədlə parlamentdə qapalı iclas keçiriləcək və görüş zamanı Nalbandyan Lavrovun İrəvana səfərinin məqsədləri ilə bağlı deputatların suallarına cavab verməli olacaq.
Hakim Respublika partiyasının deputatlarının əksəriyyəti etiraf edirlər ki, onlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar prosesi ətrafında baş verənlərdən xəbərsizdirlər”, - deyə “Jovohurd” qəzeti yazıb.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: