Emin Hüseynov İsveçrədən sığınacaq aldı

  12 Noyabr 2015    Oxunub : 2083
Emin Hüseynov İsveçrədən sığınacaq aldı
Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) keçmiş rəhbəri, hüquq müdafiəçisi Emin Hüseynov İsveçrədən siyasi sığınacaq alıb.
Virtualaz.org saytı İsveçrə mənbələrinə istinadən xəbər verir ki, Emin Hüseynovun vəkili Marsel Basonnet onun müdafiə etdiyi şəxsin Miqrasiya məsələləri üzrə Dövlət Katibliyindən (SEM) siyasi sığınacaq barədə müsbət cavab aldığını açıqlayıb.

Emin Hüseynov 2014-cü ilin avqustunda RATİ-nin ofisində axtarış aparılarkən qaçıb gizlənmiş və Bakıdakı İsveçrə səfirliyinin binasına sığınmışdı. Onun İsveçrə səfirliyinin binasında gizləndiyi bir neçə aydan sonra rəsmən təsdiqlənib.

Bu ilin iyununda Bakıda I Avropa Oyunlarının açılış mərasiminə qatılan İsveçrənin xarici işlər naziri Didye Burkhalterin xahişi ilə E.Hüseynovun səfirliyi və Azərbaycanı tərk etməsinə icazə verilib.

O, İsveçrə xarici işlər nazirinin təyyarəsində bu ölkəyə aparılıb və orada humanitar əsaslarla bir neçə aylıq yaşayış icazəsi alıb. Daha sonra qaçqın statusu almaq üçün İsveçrə hökumətinə müraciət edib.

E.Hüseynov vergidən yayınmaqda ittiham olunurdu. Azərbaycan hökuməti ilə anlaşmaya əsasən İsveçrə hökuməti onun vergi borcunu da ödəyib.

Teqlər: