Qarabağı Azərbaycana verə bilərik – Erməni deputat

Qarabağı Azərbaycana verə bilərik – Erməni deputat
  13 Noyabr 2015    Oxunub:7812
Ermənistan və Azərbaycan danışıqlar prosesində qarşılıqlı kompromis yolu ilə razılığa gələ bilərlər.

AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistanın hakim Respublika partiyasının deputatı Levon Martirosyan bildirib.

Erməni deputatın fikrincə, danışıqlar prosesinə xüsusi status qarşılığında Azərbaycana bəzi ərazilərin qaytarılması daxildir.

“Biz müəyyən vaxtda kompromisin əldə olunacağını istisna etmirik. Bəzi əraziləri Azərbaycana güzəştə getməklə Qarabağ əhalisinə sabit və zəmanətli təhlükəsizlik verə və bölgənin statusunu müəyyənləşdirə bilərik. Burada yeni və narahatlığa əsas verə biləcək heç nə yoxdur”, - deyə deputat qeyd edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti