Avropanı sarsıdan terror hadisələri - Xronika

Avropanı sarsıdan terror hadisələri - Xronika
  14 Noyabr 2015    Oxunub:3515
Noyabrın 13-də Paris növbəti terror aktı ilə silkələndi. Yeddi terror aktı nəticəsində təsdiqlənmiş məlumata görə 128 nəfər həlak olub. Bu vəhşiliyə görə məsuliyyəti İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşması öz üzərinə götürüb.
Son 10 ildə Avropanın yüzlərlə dinc sakini terrorun qurbanı olub.

AzVision.az modern.az-a istinadən həmin terror aktlarını təqdim edir.

26 iyun 2015-ci il. Fransanın Qrenoblya şəhəri yaxınlığında bir yaraqlı avtomobillə “Air Products” kimya zavodunun qapısına və qaz balonlarına çırpılıb. Onun əlində İŞİD bayrağı olub. Müəssisənin çıxışında “Air Prodists”un direktorunun başı kəsilib. Bu qətlə görə zavodun işçisi Yasin Sali tutulub. Bundan əvvəl onu radikallığa görə saxlasalar da, 2008-ci ildə onun üzərindən bu şübhəlilik götürülüb. Fransa polisinin məlumatına görə, Sali İŞİD terrorçuları ilə əlaqə qurub.

9 yanvar 2015-ci il. Parisdə silahlı Amedi Kulibali adlı şəxs “Qiper Kaşer” ərzaq supermarketinə hücum edib. Terror aktı nəticəsində hücum edən də daxil olmaqla 5 nəfər ölüb.

7 yanvar 2015-ci il. Said və Şerif Kuaşi islamçı qardaşlar “Kalaşnikov” avtomatı, qumbaratan, bir neçə tapança ilə silahlanaraq “Allahu Əkbər!” qışqırmaqla “Charlie Hebdo” satirik jurnalının redaksiyasına soxulublar. Atışma nəticəsində 12 nəfər öldürülüb, 11 nəfər yaralanıb. Yanvarın 9-da Kuaşi qardaşları xüsusi əməliyyat zamanı məhv ediliblər. Terror aktına görə məsuliyyəti “Əl-Qaidə” yaraqlıları öz üzərlərinə götürüblər. İslamçılar Məhəmməd peyğəmbərin həmin jurnalda nəşr edilən karikaturasına görə intiqam alıblar.

11, 15 və 19 mart 2012-ci il. Fransanın cənubundakı Tuluza və Montoban şəhərlərində əlcəzair əsilli fransalı Məhəmməd Mera bir necə terror törədib. Bu günlər ərzində o iki dəfə fransalı hərbçilərə, eləcə də yəhudi məktəbinə hücum edib. Mera 3 hərbçini və dini tərbiyə müəllimini, onun iki uşağını və 8 yaşlı qızı öldürüb. Cinayətkar bir neçə gün sonra polislə atışmada öldürülüb. Bu hadisaələrə görə məsuliyyəti “Əl-Qaida” təşkilatı ilə bağlı olan islamçılar öz üzərlərinə götürüblər.

22 iyul 2012-ci il. Həmin gün Norveçdə iki terror aktı – biri Oslodakı hökumət məhəlləsində, digəri yarım saat sonra Uteya adasında törədilib. Osloda radio ilə idarə edilən çəkisi 500 kiloqrama yaxın avtomobilə yerləşdirilən bomba partladılıb. Partlayış yerində 7 nəfər həlak olub, 200 nəfər yaralanıb. Bu partlayışdan sonra polis forması geyinən noveçli millətçi Andres Breyvik hakim İşçi Partiyasının yay düşərgəsində iştirak edən 67 gənc üzvünü güllələyib. O, Oslodakı terroru törətdiyini də boynuna alıb.

7 iyul 2005-ci il. Dörd terrorçu-kamikadze pik saatı zamanı Londonda ictimai nəqliyyatda partlayış həyata keçiriblər. Bir dəqiqə ərzində metro stansiyasına 3 qatar partladılıb, bir saat sonra Tevistok-sckver ikimərtəbli avtobusunda partlayış törədilib. Nəticədə 56 nəfər həlak olub, 700 adam yaralanıb. Terrora görə məsuliyyəti “əl-Qaidə” üzərinbə götürüb.

11 mart 2004-cü il. İspaniya tarixində ən böyük terror baş verib. Madriddə terrorçular müxtəlif dəmir yolu stansiyalarında 10 qatar partladıblar. Partlayışlardan 191 nəfər ölüb, 2 mindən çox adam yaralanıb. Bu partlayışlara görə də məsuliyyəti “Əl-Qaida” üzərinə götürüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti