`Biz müharibə şəraitindəyik...` - Fransanın baş naziri
“Yanvarın 13-də mən artıq demişdim ki, biz müharibə şəraitindəyik. Biz həmişə qeyd etmişik ki, ölkəmiz riskdən uzaq deyil, Fransanı çox sərt silkələyən terror aktları ola bilər. İlin əvvəlindən Charlie hebdo və Hyper supermarketinə olan hücumlardan sonra 5 mütəşəkkil və planlı hücum cəhdinin qarşısı alınıb”, - deyə M.Vals bildirib.
Baş nazir qeyd edib ki, respublika dəyərləri yaşadılmalı, radikal qüvvələr ölkədən çıxarılmalı, terror şəbəkəsinə qoşulan şəxslər Fransa vətəndaşlığından məhrum olunmalıdırlar. (Azərtac)