Putindən sonra Merkel də gəldi - (VİDEO)

Putindən sonra Merkel də gəldi -  (VİDEO)
  15 Noyabr 2015    Oxunub:3176
Rusiya prezidenti Vladimir Putin "Böyük İyirmiliyin” (G20) sammitinə qatılmaq üçün Antalyaya gəlib.
AzVision.az xəbər verir ki, Antalya havalımanında Putini Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekci, Antalya valisi Muammer Türker, Böyükşəhər Bələdiyyə başçısı Menderes Türeli və digər rəsmilər qarşılayıb.

Putin onun üçün ayrılmış avtomobilə əyləşərək yerləşəcəyi otelə gedib.

Qeyd edək ki, bu gün səhər saatlarından sammitdə iştirak etmək üçün ABŞ prezidenti Barak Obama da Türkiyəyə gəlib.

***


Bu dəqiqələrdə Almaniya kansleri Angela Merkel və İngiltərənin baş naziri Devid Kameron da G20 sammitində iştirak etmək üçün Antalyaya gəlib.




Teqlər:  





Xəbər lenti