Antiterror əməliyyatı - 18 İŞİD-çi tutuldu

Antiterror əməliyyatı - 18 İŞİD-çi tutuldu
  15 Noyabr 2015    Oxunub:2532
Türkiyə ərazisində İraq Şam İslam Dövləti (İŞİD) terrorçu təşkilatına qarşı həyata keçirilən antiterror əməliyyatları davam etdirilir.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından verilən məlumata görə, Kilis bölgəsində Suriyadan Türkiyə ərazisinə keçən altı İŞİD üzvü saxlanılıb.

Gaziantepdə isə İŞİD-ə qarşı keçirilən antiterror əməliyyatı zamanı axtarış aparılan bir evdə bomba partlayıb. Nəticədə beş polis yaralanıb. Partlayış olan evdə 2 qadın saxlanılıb, 3 azyaşlı isə aidiyyəti qaydada hökumət qurumlarına təhvil verilib.

Türkiyə Silahlı Qüvvələri isə İraqın şimalında PKK-ya məxsus 44 düşərgəni bombalayıb. Həmin ərazilərdəki terrorist düşərgələrindən qaçan 10 terrorçu Türkiyə tərəfinə təslim olub.


Teqlər:  





Xəbər lenti