İŞİD Parislə eyni vaxtda İstanbulu partladacaqmış...

İŞİD Parislə eyni vaxtda İstanbulu partladacaqmış...
  16 Noyabr 2015    Oxunub:2085
Fransanın AFP xəbər agentliyi İŞİD-lə bağlı ilginc məlumat yayıb.
Saytın verdiyi xəbərə görə, İŞİD noyabrın 13-də Parisdə 132 nəfərin öldüyü terror hadisəsi ilə paralel İstanbulda da terror aktı törətməyi planlaşdırıbmış.

Nəşr qeyd edir ki, Türkiyədə hazırlanan terrorun qarşısı zamanında alındığından İŞİD-in bu istəyi baş tutmayıb.

AFP bu məlumatı Türkiyə rəsmilərindən əldə etdiyini bəyan edib.

Adı açıqlanmayan türk rəsmisi AFP-yə “İŞİD-çilər Parislə eyni gündə İstanbulda da terror törətməyi planlaşdırdıqlarını etiraf ediblər. Keçirilən əməliyyat zamanı onların bu planının qarşısı alındı”-deyə bildirib.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti