`Bütün məscidlər bağlanacaq`- Fransalı nazir

`Bütün məscidlər bağlanacaq`- Fransalı nazir
  16 Noyabr 2015    Oxunub:3621
Fransanın daxili işlər naziri Bernar Kaznev ölkə ərazisində nifrətin təbliğ olunduğu bütün məscidlərin bağlanacağını bəyan edib.

Bu barədə AzVision.az Fransanın “Figaro” nəşrinə istinadən xəbər verir.

Nazir müsahibəsində məcsidlərin bağlanmasının terrorla əlaqəli olmadığını vurğulayıb: “Bizi qorxutmaq istəyirlər. Lakin həyatın daha sakit şəkildə davam etməsi üçün müəyyən tədbirlər görmək lazımdır. Bu baxımdan bəzi məscidlərin bağlanması labüddür”.

Nazir təsdiqləyib ki, nifrətin təbliğ edildiyi məscidlərin qapadılması ilə bağlı artıq işlərə başlanıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti