Avropada yenə terror olacaq – Baş nazir
Hökumət başçısı, həmçinin təsdiqləyib ki, ötən gün bütün ölkə ərazisində anti-terror əməliyyatları keçirilib.
Əməliyyatlar Tuluza, Qrenbol, Jemon və Bobin şəhərlərində keçirilib. Polis Tuluza şəhərində üç nəfəri həbs edib.
Qeyd edək ki, noyabrın 13-ü Fransa paytaxtı Parisdə törədilən silsilə terror aktları nəticəsində 132 nəfər ölüb, azı 200 nəfər yaralanıb.
Fransa Prezidenti Fransua Olland 2005-ci ildən sonra ilk dəfə bütün ölkə ərazisində fövqəladə vəziyyət elan edib və sərhədlərin bağlandığını bildirib.
Eldar Tanrıverdiyev
AzVision.az
Teqlər: