Türkiyədə ağır qəza - 7 ölü

Türkiyədə ağır qəza - 7 ölü
  16 Noyabr 2015    Oxunub:1578
Türkiyədə ağır yol qəzası baş verib.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, hadisə Ağrı vilayətinin Doğubayazit bölgəsində baş verib. Belə ki, İrana məxsus sərnişin avtobusu ilə avtomobil toqquşub. Toqquşma nəticəsində avtomobildə olan yeddi nəfər elə hadisə yerində keçinib. Avtomobildə sıxışıb qalan meyitlər xüsusi avadanlıqlarla çıxarılıb.



Qəzadan sonra İrana məxsus olan sərnişin avtobusunun sürücüsü hadisə yerindən qaçıb. Hazırda polis onun axtarışına başlayıb.





Teqlər:  





Xəbər lenti