Müsəlmanlar siyasi partiya yaratdılar

Müsəlmanlar siyasi partiya yaratdılar
  17 Noyabr 2015    Oxunub:2493
Avstraliyada müsəlmanlar siyasi partiya yaradıblar. Yeni partiya “Avstraliyanın Müsəlmanlarının partiyası” adlanır və onun liderinin sözlərinə görə, onlar ölkə senatına keçirilən seçkilərdə iştirak etmək niyyətindədirlər.
Bu barədə AzVision.az “BBC”yə istinadən xəbər verir.

Partiyanın yaradıcısı, Sidney şəhər sakini Dia Məhəmməd deyib ki, onun dini əsasda partiya yaratmaq qərarı bu yaxınlarda Parisdə baş verən terror aktları ilə bağlıdır. Məhəmmədin sözlərinə görə, o, bu faciədən sonra bütün müsəlmanların üzləşdiyi suallara cavab niyyətindədir.

Partiya lideri Avstraliya müsəlmanlarına daha çox eşidilmək imkanı yaratmaq niyyətindədir: “Ola bilər ki, biz hələlik bunu necə edilməsini bilmirik. Amma mən inanıram ki, bundan sonra bizim belə bir imkanımız var”.

Məhəmməd partiya yaratmasının digər səbəbi kimi ölkədə anti-İslam proqrama malik bir neçə partiyasının yaradılmasını göstərib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti