Norveç qaçqınları qovacaq

Norveç qaçqınları qovacaq
  17 Noyabr 2015    Oxunub:1751
Norveçdə anti-miqrant, sağçı baxışlar kəskin artıb. Norveçilərin sosial şəbəkələrdə paylaşdıqları miliyyətçi fikirlər bunu deməyə əsas verir.

Norveçin “Verdens Gang” qəzeti yazır ki, ölkənin sosial şəbəkə istifadəçiləri son aylarda müsəlman mühacirlərə qarşı dini və irqi ayrı-seçkilik mövzusunda mövqe sərgiləyirlər. Sosial şəbəkədə müşahidə olunan ekstrimist düşüncələr onların qaçqınlara qarşı olduqları fikrini də ortaya qoyur.

Məsələyə açıqlama verən Norveç hökuməti bildirib ki, “Ölkəyə gələn hər bir kəsin Cenevrə konvensiyasının miqrasiyaya dair müəddəlarına əsasən, miliyyətçilikdən müdafiə olunması təmin edilməlidir”.

Amma hökumət onu da bildirib ki, Əfqanıstan qaçqınlarının çoxu əvvəl Rusiyada yaşayıb, indi yaxşı həyat ardınca Norveçə üz tutublar. “Həmin əfqan miqrantların Norveçdə qalması qeyri-mümkündür, onların burada yaşaması üçün heç bir şans yoxdur. Çünki onlar bizə birbaşa Kabildən gəlməli idilər, Rusiyadan deyil” –Norveçin baş naziri Erna Solberq deyib.

Nəzərə çatdıraq ki, indiyədək Norveçə 19000 qaçqın gəlib. Onların bir hissəsi Norveç-Rusiya sərhədindən (Kirkenes) keçərək Norveç ərazisinə daxil olublar.

Fərrux Həsənov
AzVision.az


Teqlər:





Xəbər lenti